Alessandro Buoncorno: “Çox güclü rəqibimiz var”
İdman
24.11.2025 18:01
“Napoli” klubunun futbolçusu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyundan danışıb.
TodayPress TV xəbər verir ki, matçın əhəmiyyətinə diqqət yetirən Buoncorno, çətin oyuna hazır olacaqlarını bildirib:
“Noyabrın 25-də komandamızın əfsanəsi Dieqo Armando Maradonanın vəfatının 5 illiyi tamam olacaq. Ona görə də bu matç bizim üçün daha böyük anlam daşıyır. Qələbə qazanacağımıza ümidvarıq. Qalibiyyəti ona həsr edəcəyik. Belə stadionda oynamaq bütün rəqiblər üçün çətindir. Rəqibimiz Çempionlar Liqasında bir neçə vacib oyun keçirib. Çox güclü rəqibdir. Ehtiyatlı olmalıyıq. Seriyamızı davam etdirməyə çalışacağıq”.
Qeyd edək ki, Neapolun Dieqo Armando Maradona stadionunda keçiriləcək “Napoli” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.
Namiq HUN
tag: Alessandro Buoncorno,Napoli,Klub,Qarabağ,Todaypress.tv,
