Ağdam təmsilçisi fransalı vingerlə gücünə güc qatdı

İdman

12.05.2026 10:29

“Qarabağ” klubu yay transfer dönəmində ilk keçidini reallaşdırıb.

TodayPress TV xəbər verir ki, Kiprin “Omoniya” klubunun fransalı vingeri Jali Muaddib yeni mövsümdən “Qarabağ” komandasının formasını geyinəcək.

25 yaşlı futbolçu ilə “köhlən atlar” arasında tam razılıq əldə olunub.

Muaddib aylar öncə “Qarabağ”dan təklif alsa da, “Omoniya”nın liqada qalması üçün sona qədər mübarizə aparacağını vəd edib.

Qeyd edək ki, cari mövsümdə Nikosiya təmsilçisinin heyətində 31 oyuna 4 qol vurub, 7 məhsuldar ötürmə ilə yadda qalan vingerin müqaviləsi yayda başa çatdığı üçün o, ağdamlılara azad agent statusu ilə qoşulacaq.

Namiq HUN

TodayPress TV

tag: Qarabağ,Jali Muaddib,Omoniya,Transfer,Todaypress.tv,