AFFA-dan ağır cəza

AFFA-dan ağır cəza
25.11.2025 16:27 İdman

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Premyer Liqanın “Araz-Naxçıvan” və “Turan Tovuz” komandaları ilə bağlı sərt qərar verib. 

TodayPress TV xəbər verir ki, AFFA İntizam Komitəsi “Araz-Naxçıvan”ı  2500, “Turan Tovuz” isə 5700 manat cərimələyib.

XII turun “Araz-Naxçıvan” – “Turan Tovuz” oyunundan sonra meydana kənar şəxs daxil olduğuna görə Naxçıvan təmsilçisi 2500 manat əlavə xərcə düşüb. “Turan Tovuz” isə azarkeşlərinin hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirməsinə görə 5000 manat cərimələnib. Bundan əlavə, klubun 4 futbolçusunun sarı vərəqə alması daha 700 manatın ödənilməsi ilə nəticələnəcək. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər