2025-ci il medal sayında rekordla yadda qaldı

2025-ci il medal sayında rekordla yadda qaldı
27.12.2025 15:25 İdman

Azərbaycan idmançıları 2025-ci ildə beynəlxalq arenada 2113 medal qazanaraq ölkə idmanı tarixində rekord göstəriciyə imza atıblar.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Məlumata görə, idmançılarımız dünya və qitə çempionatları, kuboklar, Qran-Pri yarışları və müxtəlif beynəlxalq turnirlərdə 613 qızıl, 616 gümüş və 884 bürünc medal əldə ediblər.

Qazanılan medalların:

1443-ü Olimpiya idman növlərinin,

589-u qeyri-Olimpiya idman növlərinin,

81-i isə paralimpiya, deflimpiya və xüsusi olimpiya yarışlarının payına düşür.

Bu nəticə Azərbaycan idmanı tarixində ən yüksək medal göstəricisi kimi qeydə alınıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər