20 yaşlı dahilərin tarixi dueli: dünya tacı uğrunda mübarizə

20 yaşlı dahilərin tarixi dueli: dünya tacı uğrunda mübarizə
28.07.2026 17:03 İdman

Şahmat üzrə dünya çempionluğu uğrunda hazırkı çempion, Hindistan təmsilçisi Qukeş Dommaracu ilə özbəkistanlı qrossmeyster Cavaxir Sindarov arasında keçiriləcək həlledici qarşılaşmanın məkanı müəyyənləşib.

TodayPress TV xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyası (FIDE) məlumat yayıb.

Bildirilib ki, dünya şahmat tacı uğrunda matç İsveçrənin Cenevrə şəhərində baş tutacaq.

Qarşılaşma noyabrın 25-dən dekabrın 15-dək davam edəcək.

Xatırladaq ki, Sindarov bu ilin aprel ayında Kiprdə keçirilən Namizədlər Turnirinin qalibi olaraq vaxtından əvvəl dünya çempionluğu matçına vəsiqəni təmin edib.

Qukeş Dommaracu isə 2024-cü ilin dekabrında çinli Din Lijeni məğlub edərək şahmat üzrə dünya çempionu titulunu qazanıb.

Maraqlıdır ki, həlledici qarşılaşma zamanı hər iki şahmatçının 20 yaşı olacaq. Bu səbəbdən Qukeş - Sindarov dueli dünya çempionluğu uğrunda keçirilən ən gənc final kimi tarixə düşəcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
28 IYUL 2026
Bütün Xəbərlər