19 yaşlı üzgüçü dünya rekordunu yenilədi!
Almaniyalı üzgüçü Yohannes Libman Parisdə keçirilən su idman növləri üzrə Avropa çempionatında 1500 metr məsafəyə sərbəst üsulla üzgüçülükdə dünya rekordunu yeniləyib.
TodayPress TV xəbər verir ki, 19 yaşlı Libman 14 dəqiqə 26,79 saniyə nəticə göstərib.
O, amerikalı Bobbi Finkin Paris Olimpiadasında müəyyənləşdirdiyi rekordu (14.30,67) yeniləyib.
İkinci yeri macar Zalan Şarkani (14.39,45), üçüncü yeri isə digər almaniyalı Oliver Klemet (14.40,64) tutub.
Qeyd edək ki, Avropa çempionatı avqustun 16-dək davam edəcək.