Zərdabda yabanı halda bitən çətənə bitkiləri məhv edildi
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində rayonun Bıçaqçı kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
TodayPress TV xəbər verir ki, ümumi çəkisi 1 ton 480 kq olan 1985 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.