Rusiya dizeli ABŞ-yə nə vaxt gedir? - "15-20 gün ərzində..."

Rusiya dizeli ABŞ-yə nə vaxt gedir? - "15-20 gün ərzində..."
18.10.2026 12:18 Dünya

Rusiya dizel yanacağı müqavilələr imzalandıqdan sonra 15-20 gün ərzində ABŞ bazarına daxil olacaq, kommersiya şərtləri üzrə danışıqlar artıq gedir.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak "Vesti"yə müsahibəsində danışıb.

"ABŞ Energetika Nazirliyi tərəf müqabili və alıcı olacaq müəyyən şirkətləri müəyyənləşdirib və hazırda kommersiya şərtləri üzrə, faktiki olaraq müqavilələrin bağlanması üzrə danışıqlar gedir. Onlar imzalanan kimi, 15-20 gün ərzində yanacaq bazarlara, yəni ABŞ bazarlarına daxil olacaq. Digər, daha yaxın ölkələrin dünya bazarlarından danışsaq, müddətlər daha qısadır", - deyə Novak bildirib.

O xatırladıb ki, Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı, həmçinin əldə olunmuş razılaşmadan sonra ertəsi gün Rusiya hökuməti dizel yanacağının ixracına qoyulan məhdudiyyətləri ləğv edən sərəncam verib.

"Daha sonra biz imkan daxilində, planlaşdırıldığı kimi, prezidentlərin razılaşdıqları kimi həcmləri artıracağıq. Bu, oktyabrda 500 min ton, noyabr və dekabrda 1 milyon tondur. İlin sonuna qədər, əgər neft emalı zavodları əvvəlki kimi tam gücü ilə işləsə, biz dünya bazarlarına 3,5 milyon ton tədarük edə biləcəyik. Bu, bütün dünya bazarının təxminən 10%-dir", - deyə baş nazirin müavini izah edib.

Novak qeyd edib ki, hazırda Rusiya və ABŞ Energetika Nazirlikləri arasında aktiv iş gedir.

Aysel Mətləb

XƏBƏR LENTİ
18 OKTYABR 2026
Bütün Xəbərlər