Lelinqrad vilayətinə PUA hücumu - Yaralananlar var

Lelinqrad vilayətinə PUA hücumu - Yaralananlar var
18.10.2026 11:55 Dünya

Rusiyanın Lelinqrad vilayətində Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində zərərçəkənlərin sayı 10 nəfərə çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə Lelinqrad vilayətinin Səhiyyə Komitəsindən "TASS"a məlumat verilib.

"Ümumilikdə 10 zərərçəkən var. Yeddi nəfər xəstəxanaya yerləşdirilib (iki qadın və beş uşaq). Üç nəfər xəstəxanaya yerləşdirilməkdən imtina edib. Hər kəsin vəziyyəti nisbətən kafidir", - deyə komitədən bildiriblər.

Aysel Mətləb

XƏBƏR LENTİ
18 OKTYABR 2026
Bütün Xəbərlər