Yağışdan sonra İnşaatçılar metrosunun qarşısı - VİDEO
Bakıda müşahidə olunan yağışlı hava “İnşaatçılar” metro stansiyasının Abbas Mirzə Şərifzadə küçəsinə açılan çıxışının ətrafında su yığılmasına səbəb olub.
TodayPress TV xəbər verir ki, ərazidə yolun bir hissəsini su basıb. Nəticədə həm avtomobillərin, həm də piyadaların hərəkətində çətinlik yaranıb.
Hadisə yerindən görüntüləri təqdim edirik: