Astarada mikroavtobus aşdı: Xeyli sayda yaralı var

Astarada mikroavtobus aşdı: Xeyli sayda yaralı var
11.11.2026 13:03 Hadisə

Astarada sərnişin daşıyan mikroavtobus qəzaya uğrayıb.

TodayPress TV xəbər verir ki, hadisə Kijəbə-Deqədi kənd yolunda baş verib.

Deqədi-Astara istiqamətində hərəkətdə olan “Qazel” markalı marşrut avtobusu Deqədi kəndi ərazisində aşıb.

Qəza nəticəsində 10-a yaxın sərnişin xəsarət alıb.

Yaralılar Astara və Lənkəran rayon mərkəzi xəstəxanalarına çatdırılıblar. Onlara ilkin tibbi yardım göstərilir.

Qeyd edək ki, hadisə zamanı marşrut avtobusunda 20-yə yaxın sərnişin olub.

Faktla bağlı araşdırma aparılır.

***

Astara rayonu Deqədi kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 4 nəfər (3 kişi,1 qadın) 11 noyabr tarixində saat 10:20 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən verilən məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin travmaları və sınıqları diaqnozları təyin olunub. 2 nəfərin müalicəsi Cərrahiyyə şöbəsində, 2 nəfərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

XƏBƏR LENTİ
11 NOYABR 2026
Bütün Xəbərlər