Bakıda maşın körpüdən aşdı - VİDEO

Bakıda maşın körpüdən aşdı - VİDEO
11.11.2026 11:10 Hadisə

Bu gün səhər saatlarında Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress TV xəbər verir ki, minik avtomobillərindən biri körpünün üzərindən köməkçi yola aşıb. 

Qəza nəticəsində Günəşli qəsəbəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb. Hazırda polis yaranmış sıxlığın aradan qaldırılması və nəqliyyatın hərəkətinin tənzimlənməsi istiqamətində zəruri tədbirlər görür.

TodayPress TV


XƏBƏR LENTİ
11 NOYABR 2026
Bütün Xəbərlər