Xaçmazda avtomobil aşdı - Yaralananlar var
Xaçmazda avtomobil çaya aşıb.
TodayPress TV xəbər verir ki, “Mitsubishi” markalı minik avtomobili rayon ərazisindən keçən “Ağçay” çayına aşıb.
İlkin məlumata görə, minik avtomobilində olan altı nəfər xəsarət alıb.
Yaralılar ərazidə olan şəxslərin köməkliyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Onların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.