Tbilisidə Azərbaycan bayrağı olan stend aşırdılıb - Fotolar
Gürcüstanın paytaxtı Tbilisinin yaxınlığındakı Krtsanisi Milli Meşə Parkında Azərbaycan Respublikasının bayrağı olan stend aşırdılıb, stenddəki Azərbaycan bayrağının üzəri isə cızılıb.
TodayPress TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə sentyabrın 29-da qeydə alınıb.
Bununla belə, Gürcüstan bayrağına zədə yetirilməyib.
Qeyd edək ki, stend Azərbaycan və Gürcüstan dostluğunun simvolu olaraq ərazidə basdırılmış ağacların önündə yerləşirdi.