Sumqayıtda zəncirvari qəza – 5 avtomobil toqquşdu

Sumqayıtda zəncirvari qəza – 5 avtomobil toqquşdu
14.11.2026 14:40 Hadisə

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress TV Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb.

Hərəkətdə olan Çanqan və BYD markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən "BYD" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarında park edilmiş BMV, "Audi" və "Volksvagen" markalı avtomobillərin üzərinə aşıb.

Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.

TodayPress TV

XƏBƏR LENTİ
14 NOYABR 2026
Bütün Xəbərlər