İrana quru qoşunları girsə, nə baş verər? Ən pis ssenari açıqlandı
İrana quru qoşunları ilə müdaxilə mütləq fəlakətə səbəb olardı.
TodayPress TV xəbər verir ki, bunu ABŞ-nin keçmiş dövlət katibi Entoni Blinken bildirib.
Onun sözlərinə görə, İran Kaliforniyadan dörd dəfə, İraqdan isə üç dəfə böyükdür və 90 milyon əhalisi var.
Blinken qeyd edib ki, İranın Hörmüz boğazı boyunca uzanan sahil xətti, eləcə də geniş çeşidli və uzaqmənzilli silah arsenalı ölkənin hərbi imkanlarını tamamilə məhv etməyi çətinləşdirir.
Keçmiş dövlət katibinin fikrincə, İranın hərbi potensialını aradan qaldırmaq üçün quru əməliyyatı tələb oluna bilər ki, bu da böyük fəlakətlə nəticələnər.
Kübra Musayeva