Kanadada tələbələr küçələrə axışdı - Gərginlik pik həddə çatdı
Kanadada təhsil haqqının, kirayə qiymətlərinin və ərzaq məhsullarının bahalaşması genişmiqyaslı tələbə etirazlarına səbəb olub.
TodayPress TV xəbər verir ki, ən gərgin vəziyyət Monreal şəhərində yaşanıb. Burada küçə yürüşü hüquq-mühafizə orqanları ilə toqquşmalara çevrilib.
Etirazçılar universitetlərə dövlət maliyyəsinin artırılmasını və tələbələrə maddi dəstək sisteminin yenidən nəzərdən keçirilməsini tələb ediblər.
Nümayişi dağıtmaq üçün polis gözyaşardıcı qazdan istifadə edib. Hadisələr zamanı bir neçə binaya və park edilmiş avtomobillərə ziyan dəyib, üç aksiya iştirakçısı saxlanılıb.
Kübra Musayeva