Bakıda avtobusda soyğunçuluq edən şəxs saxlanıldı

Bakıda avtobusda soyğunçuluq edən şəxs saxlanıldı
14.11.2026 17:19 Sosial

Yasamal rayonu ərazisində avtobuslardan birində sərnişinə məxsus pul və mobil telefon talanıb.

Bu barədə TodayPress TV  DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polisin keçirdiyi tədbirlərlə soyğunçuluq əməlini törədən əvvəllər narkotiklərlə əlaqədar cinayətə görə məhkum olunmuş N.Əsgərov saxlanılıb. Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə də aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.


TodayPress TV

XƏBƏR LENTİ
14 NOYABR 2026
Bütün Xəbərlər