Simonyan vəzifəsini itirir?

Simonyan vəzifəsini itirir?
14.11.2026 16:16 Dünya

Ermənistanda hazırlanmaqda olan yeni Konstitusiya layihəsində Təhlükəsizlik Şurasının katibi vəzifəsinin ləğv edilməsi nəzərdə tutulur.

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Ermənistanın Ədliyyə Nazirliyinin mətbuat katibi Mariam Melkumyan nəşrin sorğusuna cavabında məlumatı təsdiqləyib. Məsələ ilə bağlı digər mənbələr də eyni məlumatı təsdiqləyib.

Yeni Konstitusiya qəbul ediləcəyi təqdirdə, hazırda Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutan Alen Simonyanın bu postdan ayrılması gündəmə gələ bilər.

Qeyd edək ki, Alen Simonyan bundan əvvəl Ermənistan parlamentinin sədri vəzifəsində çalışıb, daha sonra isə Təhlükəsizlik Şurasının katibi təyin edilib.

Məlumata görə, Simonyan şəxsi söhbətlərində 2028-ci ildə keçiriləcək seçkilərdə İrəvan meri vəzifəsinə namizədliyini irəli sürmək niyyətində olduğunu da bildirib. Bununla belə, onun mümkün namizədliyi ilə bağlı məlumat rəsmi şəkildə təsdiqlənməyib.

TodayPress TV

XƏBƏR LENTİ
14 NOYABR 2026
Bütün Xəbərlər