Müharibə bitib, amma xərclər davam edir

Müharibə bitib, amma xərclər davam edir
14.11.2026 20:27 Dünya

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin faktiki olaraq sona çatdığını bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “The Hill” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, döyüşlərin intensivliyi azalsa da, ABŞ münaqişəyə hər ay 2-3 milyard dollar xərcləməkdə davam edir. Konqresin Büdcə İdarəsinin məlumatına əsasən, oktyabrın 16-na qədər müharibə ilə bağlı ümumi xərclər 47,1 milyard dollara çatıb.

Bununla yanaşı, İranın zərbələri nəticəsində ABŞ-nin hərbi obyektlərinə dəyən zərərin 65 milyard dolları ötdüyü bildirilir.

Kübra Musayeva

XƏBƏR LENTİ
14 NOYABR 2026
Bütün Xəbərlər