Gənc futbolçunun taleyi faciə ilə bitdi: 20 yaşında öldürüldü

Gənc futbolçunun taleyi faciə ilə bitdi: 20 yaşında öldürüldü
14.11.2026 18:29 Dünya

Qəzza zolağında İsrailin həyata keçirdiyi hava zərbəsi nəticəsində 20 yaşlı fələstinli futbolçu Mahmud Kamal Əbdül-Malik həyatını itirib.

TodayPress TV xəbər verir ki, regional və idman mənbələrinin məlumatına görə, Əbdül-Malik “Qaza Sports” futbol klubunun kapitanı və qapıçısı olub.

Faciə futbolçunun xüsusi turnirin final matçında meydana çıxmasından cəmi beş gün sonra baş verib. Həmin yarış 2023-cü ilin oktyabrından bəri Qəzza zolağında həlak olan fələstinli idmançıların xatirəsinə həsr olunub.

Kübra Musayeva

XƏBƏR LENTİ
14 NOYABR 2026
Bütün Xəbərlər