Azərbaycan cüdoçuları çıxışlarını başa vurdular

Azərbaycan cüdoçuları çıxışlarını başa vurdular
14.11.2026 15:08 İdman

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Qran-pri turnirində Azərbaycan təmsilçiləri çıxışlarını başa vurublar.

TodayPress TV xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Rüfət Şövlətov 1/32 finalda xorvatiyalı Luka Katiçə qalib gəlsə də, 1/16 finalda Qazaxıstan cüdoçusu Daniyar Şamşayevə məğlub olub.

Eyni çəkidə çıxış edən Nəriman Mirzəyev isə ilk görüşündə Finlandiya təmsilçisi Valtteri Olinə uduzaraq turnirlə vidalaşıb.

70 kq çəki dərəcəsində mübarizə aparan Südabə Ağayeva da 1/16 finalda ukraynalı Olha Tsimkoya məğlub olub.

Qeyd edək ki, turnirdə 52 kq çəki dərəcəsində çıxış edən Gültac Məmmədəliyeva bürünc medal qazanıb. Yarış nobarın 15-də yekunlaşacaq.

TodayPress TV 

XƏBƏR LENTİ
14 NOYABR 2026
Bütün Xəbərlər