Bu ölkə Ukraynaya silah tədarükünü dayandırdı

Bu ölkə Ukraynaya silah tədarükünü dayandırdı
14.11.2026 15:27 Dünya

Bolqarıstan hökuməti Ukraynaya ordunun ehtiyatlarından silah tədarükünü dayandırıb.

Todaypress TV xəbər verir ki, Baş nazir Rumen Radev iyunun 10-da hökumət iclasında ölkənin artıq kifayət qədər hərbi yardım göstərdiyini bildirib.

O, Ukraynada sülhün hərbi vasitələrlə əldə edilə bilməyəcəyini və diplomatik həllə ehtiyac olduğunu deyib.

Bununla belə, ölkənin müdafiə sənayesinin kommersiya əsaslı silah ixracına məhdudiyyət qoyulmayıb. Radev həmçinin Bolqarıstanın Ukraynaya elektrik enerjisi, enerji və dəmir yolu infrastrukturlarının bərpası, eləcə də digər sahələrdə dəstəyi davam etdirdiyini bildirib.

Todaypress TV

XƏBƏR LENTİ
14 NOYABR 2026
Bütün Xəbərlər