Füzulidə dəhşətli qəza: 3 ölü, 4 yaralı - FOTO

Füzulidə dəhşətli qəza: 3 ölü, 4 yaralı - FOTO
14.11.2026 09:21 Hadisə

Füzuli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb, 4-ü xəsarət alıb.

Bu barədə TodayPress TV-yə Baş Dövlət Yol Polisi İdarəsindən (DYP) məlumat verilib.

Bildirilib ki, hadisə noyabrın 13-ü saat 23 radələrində rayonun Böyük Bəhmənli kəndində qeydə alınıb. Belə ki, Füzuli sakinləri Seymur İsmayılovun idarə etdiyi "Opel" və Mustafa Musayevin idarə etdiyi "VAZ-2104" markalı avtomobillər toqquşub. Nəticədə "Opel"in sürücüsü və iki sərnişini hadisə yerində dünyasını dəyişib. Həmin avtomobilin digər iki sərnişini, həmçinin "VAZ-2104"ün sürücüsü və sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


XƏBƏR LENTİ
14 NOYABR 2026
Bütün Xəbərlər