Sumqayıtda narkotik vasitə aşkarlandı

Sumqayıtda narkotik vasitə aşkarlandı
12.06.2025 16:30 Hadisə

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.

TodayPress TV xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

Sumqayıt şəhəri ərazisində həyata keçirilən tədbirlər zamanı əvvəllər məhkum olunmuş 37 yaşlı O.Məmmədov və ona narkotik vasitəni satmış əvvəllər məhkum olunmuş 47 yaşlı N.Nəcəfov şübhəli şəxs qismində saxlanılıblar. Onlardan və yaşadıqları evlərə baxış zamanı 1 kiloqrama yaxın tiryək, marixuana və metamfetamin aşkarlanıb.

Araşdırma aparılır.

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər