Şərurda minik avtomobili qaz xəttinə çırpıldı

Şərurda minik avtomobili qaz xəttinə çırpıldı
27.09.2025 22:50 Hadisə

Şərurda minik avtomobili qaz xəttinə çırpılıb

TodayPress TV xəbər verir ki, Şərur rayonunun Dizə kəndində minik avtomobilinin qaz xəttinə çırpılması nəticəsində boru zədələnib.

Qəza səbəbindən Dizə və Oğlanqala kəndlərində 801 abonentin qaz təchizatı dayandırılıb. Təhlükəsizlik məqsədilə hadisə baş verən andan etibarən əraziyə qazın verilişi kəsilib. Məlumata görə, bərpa işləri qısa müddətdə yekunlaşdırılacaq və təchizat bərpa olunacaq.

Hadisə zamanı xəsarət alan olmayıb.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər