Şamaxıda ağır qəza - Ölən və yaralananlar var

Şamaxıda ağır qəza - Ölən və yaralananlar var
13.08.2025 20:20 Hadisə

Şamaxıda ağır yol qəzası baş verib.

TodayPress TV xəbər verir ki, bu gün günorta saatlarında Şamaxı rayonunun Çöl Göylər kəndi ərazisində “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə, nəqliyyat vasitəsində olan sərnişin, 23 yaşlı Leyla Qasımova aldığı xəsarətlərdən ölüb, eləcə də, 3-ü azyaşlı olmaqla, 5 nəfər xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupunda bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başladılıb, araşdırmalar aparılır.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər