Qanunsuz silah-sursat aşkar edildi
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
TodayPress TV xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
İyunun 11-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 tapança, 9 tüfəng, 24 patron darağı və 2184 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.