Qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücü inzibati qaydada həbs edildi

Qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücü inzibati qaydada həbs edildi
14.08.2025 09:46 Hadisə

Bakıda qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücü inzibati qaydada həbs edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olaraq həm özünün, həm də daşıdığı sərnişinlərin həyatını ciddi risk altına atan sürücü Ekoloji nəzarət postunda saxlanılıb.

Sürücü Həsənov Əlifağa Aqil oğlu ilə aparılmış profilaktik söhbətdən sonra barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 20 gün müddətinə inzibati qaydada həbs edilib.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər