Paytaxtda silah-sursat aşkarlandı
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
TodayPress TV xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.
Polis əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbirlər nəticəsində Yasamal rayon sakini olan bir nəfər 1 avtomat silahı, 1 patron darağı və 30 ədəd patronu könüllü olaraq polisə təhvil verib.
Binəqədi və Qaradağ rayonları ərazisində isə polis əməkdaşları tərəfindən 1 avtomat silahı, 1 tapança, 3 tüfəng, 1 patron darağı və 15 ədəd patron tapılaraq götürülüb.
Araşdırmalar aparılır.