Nəsimi rayonunda polis 2 kiloqrama yaxın heroin aşkarladı

Nəsimi rayonunda polis 2 kiloqrama yaxın heroin aşkarladı
05.06.2025 21:45 Hadisə

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.

DİN-in Mətbuat xidmətindən TodayPress Tv-ə bildirilib ki, paytaxtın Nəsimi rayonu ərazisində həyata keçirilən tədbirlər zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 38 yaşlı M.Həsənov şübhəli şəxs qismində saxlanılıb.

Ondan 2 kiloqrama yaxın heroin aşkarlanaraq götürülüb.


XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər