Mingəçevirdə yeniyetmə bıçaqlandı

Mingəçevirdə yeniyetmə bıçaqlandı
09.09.2025 05:00 Hadisə

Mingəçevirdə  yeniyetmələr arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.

TodayPress TV-nin məlumatına görə,  hadisə şəhərin Təbriz küçəsində baş verib. Belə ki, 16 yaşlı Adəm Əmirli ilə həmyaşıdı Vasif Əlizadə və Fəxri Səbrəlizadə arasında mübahisə yaranıb. Mübahisə zamanı V.Əlizadə bıçaqla A.Əmirliyə müxtəlif dərəcəli bıçaq xəsarətləri yetirib. Yaralı yeniyetmə dərhal xəstəxanaya çatdırılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı istintaq araşdırmaları aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər