Maştağadakı pomidor istixanasında 881 kiloqram çətənə kolu aşkarlandı

Maştağadakı pomidor istixanasında 881 kiloqram çətənə kolu aşkarlandı
18.07.2025 15:54 Hadisə

Bakı şəhərində narkotik tərkibli bitkilərin istixana şəraitində aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsinə qarşı polis əməkdaşları tərəfindən xüsusi əməliyyat həyata keçirilib.

Bu barədə TodayPress TV-yə DİN-dən məlumat verilib.

Belə ki, Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinə Maştağa qəsəbəsində yerləşən bağ sahələrinin birində narkotik tərkibli çətənə kollarının əkildiyi barədə əməliyyat məlumatı daxil olub. Həmin ünvan dərhal əməliyyat nəzarətinə götürülüb. Toplanan sübutlar əsasında həmin bağ evində yerləşən istixanada pomidor yetişdirilməsi adı altında çətənə kollarının əkildiyi müəyyən olunub.

Şöbə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 35 yaşlı Rəşad Həsənov saxlanılıb. Həmin şəxsə məxsus istixanaya baxış zamanı yaş halda  çəkisi 881 kiloqram 415 qram olan 2066 ədəd narkotik tərkibli çətənə kolu və 485 qram marixuana aşkarlanıb. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə əkdiyini və istixanada çətənə kollarının münbit şəraitdə yetişməsi üçün xüsusi damla-suvarma sistemi qurduğunu bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. R.Həsənov saxlanılaraq təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Onun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

FOTOLAR

Maştağadakı pomidor istixanasında 881 kiloqram çətənə kolu aşkarlandı — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər