Azərbaycan stolüstü tennisçiləri Polşada təlim-məşq toplanışına qatılacaqlar
Azərbaycan stolüstü tennisçiləri növbəti beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.
Bu barədə TodayPress TV-yə Azərbaycan Stolüstü Tennis Federasiyasından məlumat verilib.
Oktyabrın 18-dən etibarən Polşanın Zeleno Qura şəhərində təşkil olunacaq hazırlıq prosesində komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə Rüstəm Hacılı, Adil Əhmədzadə, Onur Quluzadə, Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Mərziyyə Nurmətova və Aylin Əsgərova iştirak edəcək.
Təlim-məşq toplanışının əsas məqsədi idmançıların qarşıdakı beynəlxalq yarışlara hazırlığının gücləndirilməsidir.
Toplanışa oktyabrın 31-də yekun vurulacaq.