Marketlərdən oğurluq edən iki nəfər saxlanıldı

Marketlərdən oğurluq edən iki nəfər saxlanıldı
17.07.2025 15:32 Hadisə

Bakıda marketlərdən oğurluq edən iki nəfər saxlanılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, paytaxtın Nizami və Səbail rayonları ərazisində yerləşən marketlərdən oğurluqlar edilib və nəticədə zərərçəkənlərə ümumilikdə 943 manat maddi ziyan vurulub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - 38 yaşlı Q.Məmmədov və 66 yaşlı M.Nəbiyev müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər