Gəncədə qəza oldu - Xəsarət alan var

Gəncədə qəza oldu - Xəsarət alan var
17.07.2025 03:34 Hadisə

Gəncədə yol qəzası olub.

TodayPress TV-nin məlumatına görə, hadisə Gəncəçayının üzərində yerləşən körpüdə qeydə alınıb. Hərəkətdə olan "KİA" markalı minik avtomobil idarəetmədən  çıxaraq yol kənarındakı məhəccərlərə çırpılıb. Qəza zamanı 1 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər