Gəncədə 3 yaşlı uşaq 7-ci mərtəbədən yıxılaraq öldü

Gəncədə 3 yaşlı uşaq 7-ci mərtəbədən yıxılaraq öldü
09.09.2025 22:50 Hadisə

Gəncədə 7-ci mərtəbədən yıxılan azyaşlı ölüb.

TodayPress TV-nin məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib. 2022-ci il təvəllüdlü M.Məmmədov prospektdə yerləşən 9 mərtəbəli binanın 7-ci mərtəbəsindən  yıxılıb.

Dərhal azyaşlı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər