Gəncədə 15 yaşlı oğlan bıçaqlandı
Gəncədə yeniyetmə oğlan parkda bıçaqlanıb.
TodayPress TV "Unikal"a istinadən bildirir ki, hadisə şəhər ərazisində yerləşən parkların birində qeydə alınıb.
Belə ki şəhər sakini 2010-cu il təvəllüdlü Ü.Əsgərov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.