Cinayətdə şübhəli bilinən 47 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 47 nəfər saxlanıldı
12.06.2025 10:25 Hadisə

İyunun 11-də ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

TodayPress TV xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.   

Həmçinin axtarışda olduğuna görə ümumilikdə 111, o cümlədən borclu şəxs qismində axtarışda olan 81 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər