Ağstafada sursat partladı - Ölən var

Ağstafada sursat partladı - Ölən var
15.11.2026 18:08 Hadisə

Ağstafa rayonunun Çeyrançöl ərazisində sursat partlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə bəyanat yayıb.

Məlumata görə, Qazax rayonunun Dəmirçilər kənd sakini, 1986-cı il təvəllüdlü İbrahimov Rəsul Şahin oğlu və Qazax rayonunun Daşsalahlı kənd sakini, 1982-ci il təvəllüdlü Əmrahov Sahib İzbor oğlu tərəfindən partlamamış hərbi sursata müdaxilə nəticəsində partlayış baş verib.

Hadisə nəticəsində R.İbrahimov aldığı xəsarətlərdən ölüb, S.Əmrahov isə xəsarət allb.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma aparılır.

***

Azərbaycanda iki nəfər minaya düşüb. Onlardan biri həlak olub, digəri isə yaralanıb.

TodayPress TV Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Ceyrançöl adlanan ərazidə baş verib.

Hadisə nəticəsində Qazax rayon sakini Rəsul Məmmədov həyatını itirib. Digər şəxsin yaralandığı bildirilir. Onun kimliyi dəqiqləşdirilir.

XƏBƏR LENTİ
15 NOYABR 2026
Bütün Xəbərlər