Bəhreynin HHM sistemləri İranın hücumunu dəf etdi

Bəhreynin HHM sistemləri İranın hücumunu dəf etdi
15.11.2026 12:43 Dünya

Bəhreynin hava hücumundan müdafiə (HHM) sistemləri İran tərəfindən həyata keçirilən hücum zamanı bir neçə hava hədəfini ələ keçirərək məhv edib.

TodayPress TV xəbər verir ki, bu barədə Bəhreyn Müdafiə Qüvvələrinin Baş Komandanlığı məlumat yayıb.

Bəyanatda qeyd olunub ki, Bəhreynin HHM sistemləri bir sıra İran hava hücumlarını dəf edib, düşmən hədəflərini zərbə endirməyə imkan vermədən ələ keçirərək məhv edib.

Bəhreyn Daxili İşlər Nazirliyi noyabrın 15-də səhər saatlarında krallıq ərazisində mümkün təhlükə ilə bağlı iki dəfə xəbərdarlıq yayımlayaraq əhalini təhlükəsiz yerlərdə sığınmağa çağırıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
15 NOYABR 2026
Bütün Xəbərlər