Amerika aviasiyasındakı nasazlığın pərdəarxası - Pullar naviqasiyaya yox, silaha gedir
ABŞ-də uçuşlarla bağlı yaranan problemlər, Amerika hakimiyyətinin bunu naviqasiya avadanlıqlarının köhnəlməsi ilə izah etməsinə baxmayaraq, Vaşinqtonun İsrailə milyardlarla dollar xərcləməsinin nəticəsidir.
TodayPress TV xəbər verir ki, bunu İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqai bildirib.
“Amerika rəsmilərinin naviqasiya infrastrukturunun köhnəlməsi ilə bağlı izahatları ABŞ ictimaiyyəti qarşısında ciddi sual qoyub: Vaşinqton niyə öz avadanlıqlarını təmir etmək əvəzinə, silahlara və regionda müharibənin qızışdırılmasına milyardlarla dollar xərcləyir?” – deyə o, Tehranda keçirilən brifinq zamanı bildirib.
Bəqainin sözlərinə görə, belə yanaşma ABŞ hakimiyyətinin öz xalqının ehtiyaclarına laqeyd yanaşdığını və regionda sabitliyi pozmağa yönəlmiş İsrail siyasətini tam şəkildə dəstəklədiyini göstərir.
Aysel Mətləb