Azərbaycan gimnastı dünya çempionatında bürünc medal qazandı
Azərbaycan təmsilçisi Ammar Baxşalıyev Çinin Nankin şəhərində keçirilən batut gimnastikası üzrə gənclər arasında dünya çempionatında bürünc medal qazanıb.
Bu barədə TodayPress TV-yə Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidmətindən bildirilib.
Təsnifat mərhələsində 54,850 xalla 6-cı pillədən finala yüksələn idmançı həlledici raundda 55,450 xal toplayaraq üçüncü yeri tutub.
Bununla da Baxşalıyev Azərbaycan batut gimnastikası tarixində gənclər arasında dünya çempionatında fərdi proqramın ilk medalçısı olub.
***
Azərbaycan gimnastı Ammar Baxşalıyev Çində keçirilən batut gimnastikası üzrə gənclər arasında dünya çempionatının final mərhələsinə adlayıb.
Bu barədə TodayPress TV-yə Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidmətindən bildirilib.
O, fərdi proqramda 54,850 xalla 6-cı pilləni tutaraq həlledici raunda vəsiqə qazanıb.