Pul məsələsi liderlərin görüşünü pozdu - NATO sammiti 2028-ci ilə qalır?
NATO blokun hərbi xərcləri ilə bağlı artan fikir ayrılıqları səbəbindən növbəti sammitini ləğv edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb.
Şimali Atlantika Alyansının sammiti 2027-ci ildə Albaniyada keçirilməli idi. Nəşrin məlumatına görə, blok liderlərinin görüşü 2028-ci ildə baş tutarsa, böyük ehtimalla Tiranada keçiriləcək.
Jurnalistlər həmçinin qeyd edirlər ki, NATO-nun baş katibi Mark Rutte birbaşa cavab verməkdən yayınaraq, alyansın “sammitlərə çevik yanaşdığını və onları zəruri olduqda keçirdiyini” bildirib.
Aysel Mətləb