Bakı səfəri öncəsi "Barselona"ya pis xəbər: Komandanın aparıcı üzvü zədələndi
İspaniyanın "Barselona" klubu Çempionlar Liqasında "Sabah"la keçirəcəyi oyun öncəsi zədə xəbəri alıb.
TodayPress TV "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, komandanın yarımmüdafiəçisi Frenki de Yonq belindəki ağrılara görə Niderland millisinin düşərgəsini vaxtından əvvəl tərk edib.
29 yaşlı futbolçu UEFA Millətlər Liqasında Yunanıstanla keçirilən və 7:0 hesabı ilə başa çatan oyuna start heyətində çıxıb, lakin fasilədə əvəzlənib. De Yonq matçdan əvvəl də belində narahatlıq olduğunu baş məşqçiyə bildirib.
Niderland millisinin tibbi heyəti futbolçunun vəziyyətini nəzərə alaraq risk etməmək qərarına gəlib. Buna görə də o, noyabrın 16-da Almaniya ilə keçiriləcək oyunda iştirak etməyəcək və "Barselona"ya qayıdacaq.
Xatırladaq ki, "Sabah" noyabrın 25-də Bakı Olimpiya Stadionunda "Barselona"nı qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.