Tehran Moskva və Pekinlə "eyni dildə" danışır: ABŞ-yə qarşı yeni cəbhə qurulur?
İran Rusiya və Çinlə sıx təmasdadır və hər iki ölkə Tehranın mövqeyindən yaxşı xəbərdardır.
TodayPress TV xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai mətbuat konfransında bildirib.
“Biz həm Rusiya, həm də Çinlə sıx əlaqədəyik. Çin və Rusiya bizim strateji tərəfdaşlarımızdır və mövqeyimizi yaxşı bilirlər”, – deyə o qeyd edib.
Bəqainin sözlərinə görə, hər iki ölkə ABŞ-nin birtərəfli və qarşıdurma siyasətinə qarşıdır. Onlar regionda baş verənlərin Vaşinqtonun qanunsuz və avantürist addımlarının nəticəsi olduğunu anlayırlar.
Diplomat bildirib ki, Rusiya və Çin ABŞ tərəfi ilə istənilən təmaslarında Vaşinqtondan baş verənlərə görə məsuliyyət tələb edəcəklər.
Aysel Mətləb