Pentaqonun "ağır çəkili" qırıcıları Yaponiya bazasına endi

Pentaqonun "ağır çəkili" qırıcıları Yaponiya bazasına endi
15.11.2026 15:00 Dünya

Modernləşdirilmiş F-15EX qırıcıları Yaponiyanın cənubundakı Okinava adasında yerləşən ABŞ Hərbi Hava Qüvvələrinin Kadena bazasında yerləşdirilib.

TodayPress TV xəbər verir ki, bu barədə Yaponiyanın ictimai televiziyası məlumat yayıb.

Qeyd olunur ki, bu modernləşdirilmiş döyüş təyyarələri ilk dəfə ABŞ-dən kənarda yerləşən hərbi bazada yerləşdirilib.

Daha əvvəl bildirilmişdi ki, yaxın bir neçə il ərzində Okinavaya ümumilikdə 36 belə qırıcının göndərilməsi planlaşdırılır.

Dördüncü nəsil F-15EX qırıcısı 13,3 tona qədər faydalı yük daşıya bilir və bu göstəriciyə görə bəzi bombardmançı təyyarələri üstələyir. Bu, hazırda Yaponiyada yerləşdirilmiş köhnə F-15 qırıcılarının daşıya bildiyi yükdən təxminən iki dəfə çoxdur.

Aysel Mətləb

XƏBƏR LENTİ
15 NOYABR 2026
Bütün Xəbərlər