Baş Prokurorluq: Şəxsiyyət məlumatlarınızı tanımadığnız şəxslərə verməyin

Hadisə

03.12.2025 15:52

Baş Prokurorluğun vətəndaşların adına saxta sahibkarlıq subyektləri qeydiyyatdan keçirilməsi ilə bağlı müraciətində vətəndaşların şəxsiyyət məlumatlarını tanımadıqları şəxslərə verməməsi bildirilib.

TodayPress TV xəbər verir ki, müraciətdə Azərbaycanda yüzlərlə vətəndaşın etibarından sui-istifadə edilərək onların adına saxta sahibkarlıq subyektləri qeydiyyatdan keçirildiyi qeyd olunub.

Vurğulanıb ki, həmin yalançı sahibkarlıq subyektlərindən istifadə etməklə törədilmiş əməllərlə dövlət büdcəsinə külli miqdarda zərər vurulub:

"Belə qanunsuz sxemlərə qoşulan şəxslər, habelə onlara şərait yaradan vəzifəli şəxslər cinayət məsuliyyəti daşıyırlar. Vətəndaşlardan xahiş olunur ki, heç bir halda şəxsiyyət məlumatlarını tanımadıqları şəxslərə verməsinlər və şübhəli hallarla üzləşdikdə dərhal hüquq-mühafizə orqanlarına məlumat versinlər".

TodayPress TV 

tag: Prokurorluq,Sahibkarlıq,Saxta,Müraciət,Todaypress.tv,