Baş həkimin müavini BIÇAQLANDI

Baş həkimin müavini BIÇAQLANDI
08.10.2026 11:47 Hadisə

Abşeron rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

TodeyPres TV “Report”a istinadən xəbər verir ki, hadisə Abşeron Rayon Mərkəzi Xəstəxanasında baş verib.

Belə ki, ilkin məlumata görə, tibb müəssisəsinin baş həkiminin müavini Orxan Ənvərli əvvəllər orada çalışmış və işdən azad edilmiş əməkdaşın hücumuna məruz qalıb. Nəticədə vəzifəli şəxs bıçaq xəsarəti alıb.

Hadisə ilə bağlı xəstəxanaya polis əməkdaşları cəlb olunub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Elçin Balayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Orxan Ənvərli Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Daxili nəzarət və monitorinq departamentinin rəhbəri olub. O, 2026-cı ilin yayında vəzifəsindən azad edilib və Abşeron rayon Xəstəxanasına baş həkimin müavini təyin edilib.

TodeyPres TV 

XƏBƏR LENTİ
08 OKTYABR 2026
Bütün Xəbərlər