Bakıda sərnişin avtobusu işıqfora çırpıldı

Bakıda sərnişin avtobusu işıqfora çırpıldı
08.09.2025 20:30 Hadisə

Bakıda sürücü diqqətsizliyi işıqforun yararsız vəziyyətə düşməsinə səbəb olub.

TodayPress TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Belə ki, bu gün günorta saatlarında paytaxtın Binəqədi rayonu, Binəqədi şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Qəza səbəbindən 1 ədəd işıqfor obyekti yararsız vəziyyətə düşüb.

Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yararsız vəziyyətə düşmüş işıqforun yenisi ilə əvəz edilməsi işləri görülür.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər